Şadlıq saraylarında səs problemi (VİDEO)
Toya adətən dincəlmək, əylənmək üçün gedilir. Ancaq bəzi şadlıq evlərində səs sistemi o qədər güclü olur ki, əslində orda keçirilən saatlar əzab-əziyyətə çevrilir. Şadlıq evlərində istifadə olunacaq səsin həcmi də standart kimi müəyyən edilsə də bu da problemi birdəfəlik həll etməyə kifayət etmir.
BAKU.WS xəbər verir ki, xəzər xəbər problemin qaynaqlandığı səbəbləri araşdırıb.
Toya əylənməyə gəlib, başağrısı ilə gedirlər. Şadlıq evlərində normadan artıq səslə təqdim edilən musiqilər insanları əyləndirmək əvəzinə əksinə əsəblərini korlayır.
Əslində isə Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, şadlıq evlərinin akustikası ilə bağlı tələblərində səs gücünün maksimum 85 desibel ola biləcəyi göstərilib.
Ancaq reallıqda mütəxəssislər şadlıq evlərinin əksəriyyətində 200-300 desibel arasında səs gücündən istifadə olunduğunu bildirirlər.
Şadlıq evləri isə səs sisteminin normadan artıq olmasını toy sahiblərinin tələblərinə görə tənzimləndiyini deyir. Toy sahibləri tərəfindən təkid edilən bəzi dəyişikliklər də səs probleminin özünü daha çox biruzə verməsində önəmli rol oynayır.
İnzibati xətalar məcəlləsinə görə şadlıq evlərində akustika tələblərini pozanlara 1000 manat həcmində cərimə nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakıda şadlıq sarayında yanğın
Bakıda şadlıq sarayında yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Suraxanı rayonunda hər mərtəbəsi 150...