Şadlıq saraylarından devalvasiya fırıldağı: yeni qiymət artımı
Ölkədə manatın dollara nisbətən kəskin ucuzlaşması səbəbindən paytaxtda hər sahədə olduğu kimi şadlıq saraylarının qiymətində də artımlar müşahidə olunur.
BAKU.WS-in əməkdaşının apardığı kiçik araşdırmadan sonra ortaya maraqlı məqamlar çıxıb. Belə ki, şadlıq sarayları qiymətləri dəyişdirmək əvəzinə menyuya daxil olan əlavə xidmətləri çıxarırlar.
Paytaxtın bir çox tanınmış restoranları toy sahibilə danışarkən qiymətlərin artmadığını söyləyirlər. Ancaq hazırda restoranlar gəlin maşını, video çəkiliş, bəzək və dizayn işləri, canlı musiqi və s. kimi xidmətləri əlavə xərc kimi təqdim edirlər. Yəni, toy edən şəxsin şadlıq sarayına ödədiyi pul, yalnız yeməklərə şamil olunur. Əvvəllər 30-35 manatlıq menyuda canlı musiqi, video çəkiliş və gəlin maşını olduğu halda, indi bunların hamısı üçün toy sahibindən əlavə pul tələb olunur.
Üzdə şadlıq saraylarının qiymətində artım müşahidə olunmasa da, faktiki olaraq bütün şadlıq saraylarında xidmətlərə görə əlavə ödəniş tələb olunur. Nəticədə toy edən şəxsə 30 manatlıq menyu azı 40-45 manata başa gəlir.
Ötəl ilin sonunda manatın dollar qarşısında ucuzlaşmasından sonra şadlıq sarayları menyunu bahalaşdırmışdı. Həmin dövrdə BAKU.WS-in əməkdaşları kiçik bir araşdırma apararaq şadlıq saraylarındakı real qiymətləri müəyyən etmişdi.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Şadlıq sarayları da qiymətləri artırdı (CƏDVƏL)
Manatın dollara nisbətən 50 faiz ucuzlaşması səbəbindən paytaxtda hər sahədə olduğu kimi şadlıq saraylarının qiymətində də artımlar müşahidə olunur. BAKU.WS ol...