Roland Bayramov Aygün Kazımovadan ayrıldı

Roland Bayramov Aygün Kazımovadan ayrıldı
Şou-biznes 3178

Prodüser Roland Bayramov xalq artisti Aygün Kazımova ilə işbirliyinə son qoyub.

BAKU.WS-ə açıqlama verən prodüser hazırda yeni təklifləri dəyərləndirdiyini bildirib.

"Hazırda yeni təkliflər almışam, hansı tanınmış müğənni ilə işləyəcəyimi də qərarlaşdırmışam. Yaxın günlərdə bu barədə mətbuata açıqlama verəcəyəm”, - deyə R.Bayramov bildirib.

Xatırladaq ki, A.Kazimova ilə R.Bayramov 2015-ci ilin dekabrından birgə çalışırdılar.  

R.Bayramov bu günə qədər şou-biznesdə xalq artisti Faiq Ağayev, müğənnilər Natavan Həbibi, Zamiq Hüseynov, Vasif Məhərrəmli, Emil Bədəlov və başqaları ilə işləyib.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər