Hadise buna görə 1.5 milyon pul xərclədi
Müğənni Hadisenin sevənlərinə yeni təqdim etdiyi "Gece Puslu" adlı mahnısına çəkilən klipin qiyməti açıqlanıb.
BAKU.WS xəbər verir ki, klip Hadiseyə 1.5 milyon lirəyə (təxminən 58 560 AZN) başa gəlib.
Ekran işi "Sofistike"(sadə, amma düşünülmüş detalların, keyfiyyətin və eleqant görünüşün birləşməsidir) tərzində çəkilib.
Hadisə yeni klipindən olan fotoları sosial şəbəkə hesabında ardıcıl şəkildə paylaşıb. O, hər zamankı kimi, stilinin müəllifi olan dizayner İnan Kırdemirə təşəkkür edib.
Hadise bu geyimlərdə özünü kraliça kimi hiss etdiyini vurğulayıb.
Mahnının söz və musiqisi Ramazan Kızılpınara aiddir. "Gece Puslu" adlı mahnını Abdullah Yazıc ekranlaşdırıb.
Oxşar xəbərlər
27 yaşlı aktrisa özünə 12 milyonluq "Jeep" aldı
27 yaşlı aktrisa Cemre Baysel yeni və lüks "Jeep"i ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, aktrisanın maşınının qiyməti 12 milyon lirədir. Cemre İstanbulda...