Demet Özdemir bu səbəbdən Bredli Kuperin anasına təşəkkür etdi
Məşhur aktrisa Demet Özdemir Hollivud ulduzu Bredli Kuperin onun rol aldığı serial barədə danışdıqlarına reaksiya verib.
BAKU.WS xəbər verir ki, "ELLE Style Awards 2026" mərasiminə qatılan aktrisaya Bredli Kuperin anasının onun rol aldığı "Erkenci Kuş" serialını bəyəndiyi xatırladılıb.
Bunu eşidən Demet gülümsəyərək amerikalı həmkarına və anasına təşəkkür edib.
Qeyd edək ki, Bredli Kuperi qonaq olduğu layihələrdən birində anasının Türkiyə istehsalı olan "Erkenci Kuş" serialını izlədiyini və çox bəyəndiyini bildirib.
Xatırladaq ki, "Erkenci Kuş" xaricə ən çox satılan Türkiyə serialları arasındadır. Baş rollarda Can Yaman və Demet Özdemir çəkiliblər.
Oxşar xəbərlər
Natiq Şirinov: "Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"
"Bu sənətə illərimi qoymuşam. Bu işin zəhmətini çəkmişəm. Ağlaya-ağlaya, əllərimi dağıda-dağıda, zülm çəkə-çəkə çalışmışam. Birinci sevgi olub. Sonra bu sevgidə...