Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb
05
okt
2017
19:53
2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kadzuo İsiquro layiq görülüb. Yazıçı 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Beş yaşında olarkən onun ailəsi İngiltərəyə köçüb. K. İsiquro 1978-ci ildə Kent Universitetində bakalavr dərəcəsi alıb. 1981-ci ildən yaradıcılıqla məşğuldur. O, “Məni getməyə qoyma”, “Uşaqlığımı axtaranda”, “Uzaq təpələr” və s. romanları ilə məşhurdur.“Məni getməyə qoyma” romanı əsasında film də çəkilib. 1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb. Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.BAKU.WS
Oxşar xəbərlər
Myanmar hökumət başçısının Nobel mükafatından məhrum edilməsi barədə məsələ qaldırıldı
İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı - İSESCO Myanmar hökumətinin faktiki rəhbəri, dövlət müşaviri vəzifəsi tutan Aun San Su Çjinin (Aung San S...