Myanmar hökumət başçısının Nobel mükafatından məhrum edilməsi barədə məsələ qaldırıldı
05
sen
2017
11:30
İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı - İSESCO Myanmar hökumətinin faktiki rəhbəri, dövlət müşaviri vəzifəsi tutan Aun San Su Çjinin (Aung San Suu Kyi) 1991-ci ildə layiq görüldüyü Nobel Sülh Mükafatından məhrum edilməsi barədə məsələ qaldırıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə mərkəzi qərargahı Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən İSESCO tərəfindən yayılmış yazılı açıqlamada bildirilib. Açıqlamada qeyd edilib ki, arakanlı müsəlmanlara qarşı törədilən zorakılıqlardan Aun San Su Çjinin də məlumatı var. Bu səbəblə Nobel Sülh Mükafatının mahiyyətinə zidd hərəkət edən Çji bu mükafat üçün haqqını itirib. İSESCO Myanmada baş verən zorakılıqlara son qoyulması üçün beynəlxalq ictimaiyyəti təcili müdaxilə etməyə çağırıb.Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində son bir həftədə çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.BMT-nin yaydığı məlumata görə, indiyə qədər 73 min arakanlı müsəlman Banqladeşə keçib, on minlərlə arakanlı sərhəddə gözləyir.BAKU.WS
Oxşar xəbərlər
Myanmadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Müsəlmanları bir yerə toplayıb yandırırlar (VİDEO, FOTO)
Myanma hökumətinin və buddistlərin müsəlmanlara qarşı yeni cinayətlər törətməyə başlayıblar. BAKU.WS-in məlumatına görə, “The Arakan Project” insan haqları təşk...