Myanmadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Müsəlmanları bir yerə toplayıb yandırırlar (VİDEO, FOTO)
05
sen
2017
10:51
Myanma hökumətinin və buddistlərin müsəlmanlara qarşı yeni cinayətlər törətməyə başlayıblar. BAKU.WS-in məlumatına görə, “The Arakan Project” insan haqları təşkilatının yaydığı məlumatda qeyd olunur ki, Myanma ordusu və buddistlər özlərindən sonra iz buraxmamaq üçün öldürdükləri müsəlmanların cəsədlərini toplayaraq yandırırlar. Mərkəzi Taylandda olan “The Arakan Project” təşkilatının direktoru Kris Leva BBC-yə açıqlamasında bildirib ki, təşkilatının nümauəndələri Myanmada zorakılıq hallarının daha da artdığını müşahidə edib. Onun sözlərinə görə, Arakanın Rathidaung kəndindəki qəsəbədə ən az 130 müsəlmanın qətlə yetirilib. Buddistlər isə müsəlmanların qanına susayan orduya daha çox yardım etməyə başlayıb. Myanma ordusu avqustun 25-dən bu yana Arakan əyalətində müsəlmanların yaşadığı 60-dan çox kənddə evləri yandırıb, dağıdıblar. Minlərlə müsəlman vəhşicəsində qətlə yetirilib. On minlərlə insane isə ölkədən qaçmağa məcbur olub. BAKU.WS
Oxşar xəbərlər
Rusiya müsəlmanları ayağa qalxdı: Arakandakı qətliamı durdurun! (VİDEO, FOTO)
Rusiyada yaşayan müsəlmanlar Myanmada müsəlmanların qətlə yetirilməsinə etiraz edərək paytaxt Moskvada aksiya keçiriblər. BAKU.WS-in məlumatına görə, etiraz aks...