Çılpaq qızlar müsəlmanların konfransına hücum çəkdi (VİDEO)
Parisdə müsəlmanların keçirdiyi bir konfransa feminist təşkilat FEMEN-in üzvləri hücum çəkib.
BAKU.WS-in məlumatına görə, "Islamda müsəlman qadınların rolu" adlı konfransa yığışan çox sayda müsəlman kişiyə qadınlara zülm edilməməsi ilə bağlı izahlar verilirdi. 6 min nəfərin toplaşdığı konfransda qəflətən iki lüt qız peyda olub.
Qızlardan biri 25 yaşlı İnna Şevçenko, digəri isə adıçəkilməyən ukraynalı qız idi. Onlar qışqıraraq "Heç kəs məni qul edə bilməz!", "Mən öz mülkiyyətiməm" şüarları səsləndiriblər.
İnna Şevçenkonun iddiasına görə, salonda olan müsəlman kişilər onlara "iyrənc fahişələr" və "onları öldürün!!!" sözləri ilə öz qəzəblərini bildiriblər. Dafa sonra salondakı səlahiyyəli şəxslər İnna və digər qadını qolundan tutaraq naməlum istiqamətə aparıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı sərnişin qızcığazı ölümdən xilas etdi (VİDEO)
Türkiyədən Azərbayacana gələn azərbaycanlı ölümlə üzləşib. BAKU.WS-in məlumatına görə, terror aktlarına etiraz əlaməti olaraq bir qrup insan Antalyadan Iğdıra...