Azərbaycanlı sərnişin qızcığazı ölümdən xilas etdi (VİDEO)
Türkiyədən Azərbayacana gələn azərbaycanlı ölümlə üzləşib.
BAKU.WS-in məlumatına görə, terror aktlarına etiraz əlaməti olaraq bir qrup insan Antalyadan Iğdıra gedən avtobusun qarşısını kəsiblər. Avtobusa daşlar atan şəxslər çox sayda insanı yaralayıb.
Konya şəhərində baş verən hadisə nəticəsində içində qadın və uşaqların da olduğu avtobusun şüşələri sındırılıb. Abtobusda olan azərbaycanlı İsgəndər İsgəndərov hadisəni mobil telefonu vasitəsi ilə çəkib.
Sərnişinlər içəri atılan daşın böyüklüyünü kameraya göstərərək bu hücumu pisləyiblər. Azərbaycanlı sərnişin İsgəndərov çox qorxan bir qadın sərnişinə təskinlik verib və qorxmamısını istəyib. Ancaq qadınlar və uşaqlar hadisənin təsirindən qorxublar və ağlamağa başlayıblar.
İsgəndər İsgəndərov hücum nəticəsində çox sayda yaralananların olduğunu, polisin onları xəstəxanaya apardığını söyləyib. Onun sözlərinə görə, Akşehirdə avtobusdan endiriliblər və başqa avtobusla yola davam ediblər.
İsgəndərov hücum zamanı bir tərəfdən kamera ilə baş verənləri çəkdiyini, digər tərəfdən də 7-8 yaşlarında bir qız uşağına sipər olduğunu bildirib. Azərbaycanlı sərnişin qızın başına atılan daşı tutduğunu söyləyib: "Əgər o daşı tutmasaydım balaca qızcığaz öləcəkdi".
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Avtovağzaldan Bakıdan Tiflisə ayaqüstə sərnişin daşınmasına reaksiya (FOTO)
Ötən gün Bakıdan Tiflisə gedən avtobusda biabırçılıq yaşanıb. BAKU.WS-in məlumatına görə, bu barədə tanınmış jurnalist Ləman Əliəşrəfqızı öz Facebook səhifəsin...