Azərbaycanlı aeroportdan 1,7 milyon dollar keçirmək istədi

Azərbaycanlı aeroportdan 1,7 milyon dollar keçirmək istədi
Hadisə 1372

Moskava aeroportunda azərbaycanlı qadın saxlanılıb.

BAKU.WS-in məlumatına görə, Dubaydan Moskvaya gələn qadın Şeremetyevo aeroportunda gömrükçülərinin gözündən yayına bilməyib. Sərnişinin çemodanına baxış keçirilərkən 1,7 milyon dollarlar nağd pul aşkarlanıb.

Şeremetyevo aeroportunun mətbuat xidmətində bildiriblər ki, Azərbaycan vətəndaşı Dubay reysi ilə Moskvaya gəlib. Sərnişin "qırmızı dəhliz"i keçərkən inspektor onu dayandırıb. Sərnişin bir milyon dollar həcmində nağd pula görə gömrük bəyannaməsini təqdim edib. Ancaq gömrük müayinəsi göstərib ki, onun üzərində əlavə 701 min 300 dollar pul var.

Azərbaycanlı sərnişinə bəyannamə təqdim edilməyən vəsaitə görə 5 qat cərimə tətbiq ediləcəyi bildirilib. Sərnişinin hərəkətlərində "nağd pul vasitələrinin qaçaqmalçılığı" maddəsi üzrə cinayət əlamətləri müəyyən olunub.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Türkiyədə azərbaycanlı İŞİD-çi ələ keçirildi

Türkiyədə azərbaycanlı İŞİD-çi ələ keçirildi

İŞİD terror təşkilatına qatılmaq üçün Türkiyəyə gedən azərbaycanlı tutulub. BAKU.WS-in məlumatına görə, Bakır Qalibov adlı şəxs Ankara Esenboğa hava limanında...

2257 Hadisə 12:00 13 avqust 2015

Son xəbərlər