Nobel mükafatçısı Azərbaycan sevgisindən danışıb (VİDEO)

Kimya üzrə Nobel mükafatı alan türk Əziz Sancarın elmiş kəşfini hansı şəraitdə etdiyi yəqin ki, çoxları üçün maraqlıdır.
BAKU.WS məlumat verir ki, ANS TV-nin Vaşinqton bürosu 2015-ci ilin kimya üzrə Nobel mükafatının ərsəyə gəldiyi labaratoriyada olub. Əziz Sancar həmin labaratoriyada DNK-ya müdaxilə edərək xərçəng xəstəliyilə mübarizədə yeni metod aşkarlayıb. Hansıki yaxın 5 ildə yer kürəsində yaşayan insanlar onun tətbiqini görəcəklər.
"Burdan göründüyü kimi DNK-da bir zədə var. Bu zədə sonda xərçəngə yol açır. Məhz bu zədənin nəcə kəsilib atıldığını və DNK-nın normal fəaliyyətinə qayıtdığını isə biz kəşf etdik”,- deyə Əziz Sancar bildirib.
Bu tapıntı üçün Əziz Sancar ömrünün düz 40 ilini xərclədiyini deyib: "Xərçəngin yaranmasının əsas səbəbkarı DNK-dır. Belə ki, DNK-a mütasiyaya uğrayır və nəticədə nomal hüceyrələr qeyri-normal hüceyrələrə çevrilir".
Türkiyədə doğulan alim Əziz Sancar Sovet dönəmi olmasına baxmayaraq gəncliyini Zeynəb Xanlarovanın musiqisilə keçirdiyini bildirib: "Mənim ən çox sevdiyim musiqi Azərbaycan musiqisidir, Azərbaycan mahnılarıdır".
Alim, dünyada islama qarşı artan təziqlərə görə müsəlmanlara bəzi tövsiyyələr verib: "Bizim elmlə ciddi bir şəkildə məşğul olmamız lazımdır. Bundan başqa yolumuz yoxdu. Uşaqlarımızı- riaziyyat, mühəndislik və tibb sahəsinə olan marağı artırmalıyıq. Mütləq bu sahələrə üstünlük verməliyik".
Müsəlman dünyasında baş verənləri isə Əziz Sancar bir cümlə ilə belə xarakterizə edib: "Bir-birimizi öldürmək üçün istifadə etdiyimiz o silahları belə biz hazırlaya bilmirik. Ölüm cihazlarını qərbdən alıb qardaşlarımızın canına qıyırıq. Silahı buraxıb ələ kitab almağın vaxtıdır", - deyə alim bildirib.
BAKU.WS

Oxşar xəbərlər
Neftçilərin xatirəsinə Xəzərə qərənfillər buraxıldı (FOTO)
"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşən 29 nəfər vətəndaşmızın əziz xatirəsini anmaq üçün aksiya keçiril...