Neftçilərin xatirəsinə Xəzərə qərənfillər buraxıldı (FOTO)
07
dek
2015
12:25
"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşən 29 nəfər vətəndaşmızın əziz xatirəsini anmaq üçün aksiya keçirilib.
BAKU.WS məlumat verir ki, sosial şəbəkədə "Dənizə bir qərənfil ataq" adlı event yaradan gənclər itkin düşənlərin xatirəsini anmaq üçün bu gün saat 12:00-da Bakı Bulvarı, Saat Qülləsində toplanıblar.
Aksiyaya çox sayda insan qoşulub. Onlar Bulvar adlanan bütün dənizkənarı ərazidə qərənfil ataraq neftçilərimizin əziz xatirəsini anıblar.
BAKU.WS sözügedən aksiyadan fotoları təqdim edir.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Həlak olan neftçinin cansız bədəni su üzünə belə çıxdı - VİDEO
Günəşli” yatağındakı qəza nəticəsində həlak olanlardan birinin cansız bədəni su üzərinə çıxıb. BAKU.WS-in məlumatına görə, Hadisə nəticəsində itkin düşən 29 n...