SOCAR: "Hadisə zamanı qayıqlardan birini saxlayan kəmər qırıldığı üçün işçilər dənizə düşüb"

SOCAR: Hadisə zamanı qayıqlardan birini saxlayan kəmər qırıldığı üçün işçilər dənizə düşüb
Hadisə 1270

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində suya düşən qayıqdakı işçilərdən üçü xilas olunub.

BAKU.WS-in məlumatına görə, bu sözləri baş vermiş hadisə ilə bağlı dekabrın 6-da keçirilən mətbuat konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Xoşbəxt Yusifzadə bildirib ki, Dövlət Komissiyası fəaliyyətə başlayıb. Təxminən 27 saat davam edən küləyin yaratdığı dalğa özülə daxil olan qaz kəmərini partladıb. Bu partlayış platformada baş verən yanğına səbəb olub. İşçilər təlimata uyğun olaraq tez bir zamanda iki qayığa miniblər.

Bir qayıqda 24, o birisində isə 34 nəfər olub. Həmin qayıqlar platformadan asılı vəziyyətdə gözləsə də, həm yanğın, həm də dalğa gəmilərə platformaya yaxınlaşmağa imkan verməyib. Təxminən saat 22:30-da qayıqlardan birini saxlayan kəmərlər qırıldığı üçün həmin işçilər dənizə düşüblər. İşçilərdə xilasedici jiletlər olsa da, onlar dalğalar arasında itkin düşüblər. Onlardan üçü xilas olunub, digərlərinin isə axtarışları davam etdirilir. Hazırda əsas vəzifə itkin düşən insanları axtarıb tapmaq və yanğını söndürməkdir.

Aidiyyəti dövlət qurumları bu istiqamətdə ən zəruri tədbirləri həyata keçirirlər.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər