Nobel qardaşlarından bəhs edən film nümayiş olunacaq (FOTO)

Nobel qardaşlarından bəhs edən film nümayiş olunacaq (FOTO)
Şou-biznes 1053

Sentyabrın 20-də "YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Emin Mirabdullayevin "Postskriptum” adlı filmi təqdim olunacaq.

BAKU.WS xəbər verir ki, "Nobel qardaşları” şirkətinin Bakıdakı fəaliyyətindən bəhs edən bədii filmin ssenari müəllifləri xalq Artisti Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultan, quruluşu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Ekran işində aktyor Azər Aydəmir baş rolu - Robert Nobel obrazını canlandırır. Digər rollarda aktyorlar Ayşad Məmmədov, Eldar Bağırbəyov, İlqar Safat və başqaları çəkiliblər.

Film Robert Nobelin Azərbaycana ilk səfəri, Bakı nefti ilə tanışlığı və onların şəhərdə fəaliyyətini əks etdirir. 

"Postskriptum”  Azərbaycan dilində nümayiş olunacaq.

Aytən.H

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər