Atilla Taş həbs olundu (FOTO)

Atilla Taş həbs olundu (FOTO)
Şou-biznes 2502

FETÖ (Fethullahçı Terör Örgütü) istintaqı çərçivəsində saxlanılan müğənni və köşə yazarı Atilla Taş haqqında həbs qətimkan qərarı çıxarılıb.

BAKU.WS qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, ifaçı Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhd edən qruplaşmaya üzv və onlara dəstək olmaq iddiası ilə saxlanılıb.

Ötən gün İstanbul Cümhuriyyət Məhkəməsində Atilla Taş, həmçinin 12 jurnalist dindirilib. Məhkəmə onlardan Atilla Taş, Gökçe Fırat Çulhaoğlu, Dinçer Gökçe, İskender Yunus Tiryaki, Levent Arap, Murat Aksoy, Mutlu Çölgeçen və Ayhan Şimşekin həbs edilməsinə qərar verib.

Rasih Yılmaz, Abdullah Alparslan Akkuş, Ömer Şahin və Nurullah Öztürk isə sərbəst buraxılıb.

Aytən

BAKU.WS

Oxşar xəbərlər

İstanbul Universitetinin daha 62 müəllimi tutulub

İstanbul Universitetinin daha 62 müəllimi tutulub

Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq əməliyyatı çərçivəsində İstanbul Universitetinin 62 müəllimi tutulub. "Report" Türkiyə KİV-inə...

1135 Hadisə 12:20 19 avqust 2016

Son xəbərlər