Hakan Şükürün əmlakına həbs qoyuldu (FOTO)

12
avq
2016
17:44
Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı verib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.
Ailənin mal və mülkünün 200 milyon lirə - yəni təxminən 110 milyon manat dəyərində olduğu bildirilir. H. Şükürün atası Sermet Şükür artıq həbs olunub.
Qeyd edək ki, Hakan Şükür də qırmızı bülletenlə axtarışa veriləcək.
Aysel Şirinzadə
BAKU.WS


Oxşar xəbərlər
Hakan Şükür FETÖ-yə görə cəzalandırılacaq
"Qalatasaray” Futbol Klubunun İdarə Heyəti Hakan Şükürün adıçəkilən klub üzvlüyündən xaric edilməsi ilə bağlı iddianı müzakirə edib. BAKU.WS Türkiyə mətbuatına...