Hərbi çevrilişə cəhddə şübhəli bilinən qadın pilot həbs olundu

Hərbi çevrilişə cəhddə şübhəli bilinən qadın pilot həbs olundu
Hadisə 983

Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində İstanbul Baş Prokurorluğu tərəfindən növbəti həbslər həyata keçirilib. 

BAKU.WS xəbər verir ki, FETÖ-nün (Fethullahçı Terör Örgütü) qiyam cəhdi zamanı daha 908 hərbi qulluqçu saxlanılıb. 

Həbs olunanlar arasında dünyanın Sabiha Gökçendən (Səbihə  Göyçən - ilk qadın pilot-red) sonra ilk qadın pilotu olan Kerime Kumaş da var. 

Xəbərdə göstərilir ki, K.Kumaş hərbi çevrilişə cəhd olan gecə " F-16”lardan birini idarə edib.

Hadisənin təfərrüatları barədə hələlik heç bir məlumat verilmir.

BAKU.WS

Son xəbərlər