Ərdoğandan xalqa növbəti çevriliş xəbərdarlığı: "Yeni bir cəhd ola bilər"

Ərdoğandan xalqa növbəti çevriliş xəbərdarlığı: Yeni bir cəhd ola bilər
Siyasət 2891

 

Türkiyə prezidentinin rəsmi "Twitter" hesabından çevriliş təşəbbüsü ilə əlaqədar yeni açıqlama verilib.

BAKU.WS-in məlumatına görə, bəyanatda deyilir: 

"Bu cəhd hansı mərhələyə gəlirsə gəlsin, bu axşam küçələrə sahib çıxmağa davam etməliyik. Çünki hər an yeni bir çevrilişə cəhd ola bilər". 

Qeyd edək ki, bu gecə Türkiyə Silahlı Qüvvələri bəyanat yayaraq idarətməni ələ aldığını açıqlayıb. Bəyanatda deyilib ki, insan hüquq və azadlıqlarının təmin olunması üçün ordu idarətməni öz əlinə alır. Axşam saatlarında Ankara və İstanbulda hərbi çevrilişə cəhd olunub. Bir qrup hərbçi  baş qərargahda üsyan qaldırıb. Türkiyənin baş naziri məlumatı təsdiq edib. O, heç vaxt Türkiyədə buna imkan verilməyəcəyini və buna cəhd edənlərin tapılaraq cəzalandırılacağını bildirib.

BAKU.WS

Son xəbərlər