Türkiyədə çevrilişə cəhd edən 754 hərbçi həbs olundu
Türkiyədə çevrilişə cəhddə ittiham olunan 754 Türk Silahlı Qüvvələri hərbçisi nəzarətə alınıb.
BAKU.WS-in məlumatına görə, çevrilişə cəhd etməkdə şübhəli bilinənlərin hamısı həbs olunub.
Qeyd edək ki, bu gecə Türkiyə Silahlı Qüvvələri bəyanat yayaraq idarətməni ələ aldığını açıqlayıb. Bəyanatda deyilib ki, insan hüquq və azadlıqlarının təmin olunması üçün ordu idarətməni öz əlinə alır. Axşam saatlarında Ankara və İstanbulda hərbi çevrilişə cəhd olunub. Bir qrup hərbçi baş qərargahda üsyan qaldırıb. Türkiyənin baş naziri məlumatı təsdiq edib. O, heç vaxt Türkiyədə buna imkan verilməyəcəyini və buna cəhd edənlərin tapılaraq cəzalandırılacağını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl İstanbulda boğaz körpüləri tamamilə bağlanılıb. Bunu da çevriliş cəhdi ilə əlaqəli olduğu bildirilib.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyədəki qiyamın təşkilatçılarının adları açıqlandı
Türkiyədə hərbi çevrilişə cəhd edən şəxslərin tam siyahısı açıqlanıb. BAKU.WS Anadolu Agentliyinə istinadən xəbər verir ki, qiyamı planlaşdıranlar bir müddət ə...