Türkiyədə hərbi çevriliş: MİT-dən açıqlama - VİDEO (YENİLƏNİR)

Türkiyədə hərbi çevriliş: MİT-dən açıqlama - VİDEO (YENİLƏNİR)
Video
Siyasət 19541

"Dövlət çevrilişi cəhdi dəf edilib, bəzi yerlərdə müqavimət göstərilir”.

Bunu Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) mətbuat müşaviri Nuh Yılmaz canlı yayımda deyib.

"Xalq bu qrupların üzərinə yeriyir. Dövlət çevrilişinə təşəbbüs edənlərin hamısı vətənə xəyanətə görə mühakimə olunacaq”, - o, bildirib.

 

*** 

Türkiyə silahlı qüvvələri insanlara küçəyə çıxmağı qadağan edib. 

TRT-ni ələ keçirən ordu bəyanat yayıb. Bəyanatda deyilir ki, Türk Silahlı Qüvvətləri konstitusiyasında nəzərdə tutulan demokratiyanın, insan hüquq və azadlıqlarının, ölkədə qanunun aliliyinin, pozulan asayişin təmin edilməsi  üçün ölkənin iadəredilməısini tamamilə ələ alıb. 

Bəyanatda həmçinin qeyd olunub ki, bütün beynəlxalq müqavilə və öhdəliklər  öz qüvvəsində qalır. 

"Bütün dünya ölkələri ilə dostluq münasibətlətimizin davam etməsini arzu edirik”.

***

Ordu AKP-nin binasdını mühasirəyə alıb. Baş Qərərgah rəisi Hülusi Kılıc girov götürülüb. Müxalif partiyalar iqtidarı müdafiə edib. CHP və MHP baş nazirə zəng edərək hakimiyyətin yanında olduqlarını bəyan ediblər.

***

BAKU.WS xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri bəyanat yayaraq idarətməni ələ aldığını bildirib. Bəyanatda deyilir ki, insan hüquq və azadlıqlarının təmin olunması üçün ordu idarətməni öz əlinə alır.

***

Bu gün axşam saatlarında Ankara və İstanbulda hərbi çevrilişə cəhd olub.

BAKU.WS Türkiyə mətbuatəna istinadən xəbər verir ki, bir qrup hərbçi  baş qərargahda üsyan qaldırıb. Türkiyənin baş naziri məlumatı təsdiq edib. O, heç vaxt Türkiyədə buna imkan verilməyəcəyini və buna cəhd edənlərin tapılaraq cəzalandırılacağını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl İstanbulda boğaz körpüləri tanmamilə bağlanılıb. Bunu da çevriliş cəhdi ilə əlaqəli olduğu bildirilir.

Jandarm İstanbulda Boğaziçi və Fateh Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçid istiqamətində nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Hər iki körpüdə avtomobilin hərəkəti tamamilə dayandırılıb. Təhlükəsizlik tədbirlərinə hərbçilərin də cəlb edildiyi bildirilir.

BAKU.WS

 

Oxşar xəbərlər

İŞİD terrorundan sonra Paris qan gölünə çevrildi (VİDEO 18+)

İŞİD terrorundan sonra Paris qan gölünə çevrildi (VİDEO 18+)

Fransanın Nitsa şəhərində törədilən terror aktında ölənlərin sayı 80-ə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib. 100-...

6017 Hadisə 09:21 15 iyul 2016

Son xəbərlər