Azərbaycan xüsusi təyinatlıları hərəkət keçir
Türkiyədə Azərbaycan, Gürcüstan və Bolqarıstan xüsusi təyinatlılarının iştirakı ilə desant təlimi keçiriləcək.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Ordusunun Baş Qərargahından bildirilib ki, təlimlər 6-12 iyun tarixləri arasında baş tutacaq.
Təlimlərə Türkiyədən quru qoşunları komandanlığına tabe olan Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığının, eyni zamanda Qurudakı Hava Qoşunlarının Komandanlığından qrupların qatılacağı bildirilib.
"Təlimlərin məqsədi ölkələrin xüsusi təyinatlıları arasında bilik və təcrübə mübadiləsini təşkil etmək, birlikdə işləməyi inkişaf etdirməkdir”, -deyə Türkiyə Ordusunun Baş Qərargahından məlumat verilib.
Eyni zamanda hazırda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Qars şəhərində iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə təlim keçirilir. Təlimdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev və Türkiyə Respublikasının üçüncü Ordu komandanı, ordu generalı İsmail Serdar Savaş iştirak ediblər. Eyni zamanda təlimə ilk dəfə olaraq müşahidəçi qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri də qatılıb.
Şəxsi heyətin iştirakı ilə keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməklə onların uyarlılığına nail olmaqdır.
Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Türkiyənin Qars vilayəti Ermənistan sərhədində yerləşir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan-Türkiyə ordusu Ermənistan sərhədinə yeridildi (VİDEO)
Azərbaycan Müdafiə Nazirliyi Qars şəhərində keçirilən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimlərinin görüntülərini yayıb. BAKU.WS xəbər verir ki, təl...