Azərbaycanın qırıcıları Türkiyə səmasında (FOTO)

Azərbaycanın qırıcıları Türkiyə səmasında (FOTO)
Hadisə 1251

 

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində iki ölkənin Hərbi Hava Qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə, iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum təyyarələri və şəxsi heyət Konya şəhərində yerləşən aviabazada təntənəli şəkildə qarşılanıb.

Qarşılama mərasimində aviasiya bazasının komandiri general-leytenant Haluk Şahar çıxış edərək sayca ikinci dəfə keçirilən və böyük əhəmiyyətə malik "TURAZ Şahini-2016” birgə taktiki-uçuş təlimlərində iştirak edən hər kəsə uğurlar arzulayıb və qurban kəsilib.

Təlimlər martın 25-dək davam edəcək.

BAKU.WS

Oxşar xəbərlər

“TurAz Qartalı - 2015” birgə təlimləri sona çatdı (FOTO)

“TurAz Qartalı - 2015” birgə təlimləri sona çatdı (FOTO)

Avqustun 22-dən başlayan Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2015” birgə taktiki təlimləri sentyabrın 18-də sona çatıb. BAKU.WS-in m...

931 Hadisə 15:27 18 sentyabr 2015

Son xəbərlər