Türk qırıcıları Azərbaycanda (FOTO)

Türk qırıcıları Azərbaycanda (FOTO)
Hadisə 1309

 

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin növbəti qrupu Azərbaycana gəlib.

BAKU.WS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, təlimlərdə 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Aviasiya vasitələrinin gəlişi davam edir.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Raketlərimiz hədəfləri vurdu (FOTO, VİDEO)

Raketlərimiz hədəfləri vurdu (FOTO, VİDEO)

"TurAz Qartalı - 2015” birgə təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunları döyüş atışları keçirib Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata g...

2451 Hadisə 10:20 27 avqust 2015

Son xəbərlər