İŞİD terrorundan sonra Paris qan gölünə çevrildi (VİDEO 18+)
Fransanın Nitsa şəhərində törədilən terror aktında ölənlərin sayı 80-ə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib. 100-dən çox yaralıların olduğu bildirilir. Məlumata əsasən, naməlum şəxslər yük avtomobilini küçədə Bastilayanın alınmasının ildönümü ilə bağlı bayram şənliyində gəzişən insanların üzərinə sürüb. BFM TV telekanalının məlumatına görə, terrorçular və polis arasında atışma olub. France Press agentliyi isə həlak olanlar barədə məlumat verib.
Məlumata görə, Nitsa şəhərində yük maşınının insan izdihamına çırpılması nəticəsində insanların həlak olduğu, yüzdən artıq şəxsin yaralandığı bildirilir. France TV-nin məlumatına görə, bu barədə şəhər prokuroru deyib.
Yük avtomobilini insanların üzərinə sürən sürücü polis tərəfindən güllələnib.
Sosial şəbəkələrdə şahidlər qeyd edirlər ki, avtomobil yüksək sürətlə 300 metr hərəkət edərək qarşısına çıxan insanları əzib. Polis şəhərin mərkəzini nəzarətə götürüb.
BAKU.WS
Oxşar xəbərlər
Fransada terror: 73 ölü, yüzdən çox yaralı - FOTO/VİDEO
Fransanın Nitsa şəhərində terror aktı törədilib. BAKU.WS xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib. Çox sayda yaralıların olduğu bildi...