Facebook-dan yeni terror xidməti

Facebook-dan yeni terror xidməti
Şou-biznes 1444

Facebook sosial şəbəkəsi Fransada terror aktı törədilən ərazidə olan istifadəçiləri üçün xüsusi əlaqə xronikası yaradıb.

BAKU.WS-in məlumatına görə, həmin ərazidə olan sosial şəbəkə istifadəçiləri yaxınlarına və dostlarını sağ-salamat olduqlarını bildirmək üçün həmin xronikadna istifadə edə bilərlər. Xidmət terror baş verən ərazilərdə yaşayan Facebook istifadəçilərini avtomatik müəyyən edəcək. Onları xronikaya daxil edəcək. İstifadəçilər də xidmətin köməyilə özləri barədə məlumat verə biləcəklər.

Bundan başqa, Facebook həmin ərazinin xəritəsini də göstərəcək.

Qeyd edək ki, gecə Fransanın paytaxtı Paris şəhərində əsl cəhənnəm abu-havası yaşanıb. Şəhərin 6 istiqamətində terror aktları törədilib. Silsilə partlayışlar və silahlı hücumlar nəticəsində 153 nəfərdən çox insanın həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari teraktlar paytaxt sakinlərinin təşvişinə səbəb olub. Paris şəhərinin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra "Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib. Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən "Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Parisdə terror küləyi əsdi: 153-dən çox ölü (FOTO, VİDEO)

Parisdə terror küləyi əsdi: 153-dən çox ölü (FOTO, VİDEO)

Gecə Fransanın paytaxtı Paris şəhərində əsil cəhənnəm abu-havası yaşanıb. BAKU.WS-in məlumatına görə, şəhərin 6 istiqamətində terror aktları törədilib. Silsilə...

1182 Hadisə 09:46 14 noyabr 2015

Son xəbərlər