PKK İranın azərbaycanlılar yaşayan bölgəsində terror aktı törətdi
08
sen
2015
15:14
PKK terror təşkilatı İranda da hücumlara başlayıb.
BAKU.WS məlumat verir ki, İran İnqilab Keşikçiləri Ordusu ilə PKK terror təşkilatının İran qolu olan PJAK-KODAR arasında Urumiye şəhərinin Xoy mahalında qarşıdurma baş verib.
İran rəsmi xəbər agentliyi IRNA-nın verdiyi xəbərə görə, Xoy bələdiyyə sədri Hüseyn Şivane Asl, dünən gecə Razi sərhəd bölgəsində PJAK / KODAR xadimləri ilə İran əsgərləri arasında qarşıdurma olduğunu deyib.
Şivane Asl, qarşıdurmada 2 əsgərin və 2 terrorçunun öldüyünü, 5 terrorçunun isə yaralandığını bildirib.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev şəhidlərə görə Ərdoğana başsağlığı verdi
Prezident İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir:...