Türkiyə tarixinin ən qanlı terroru: 95 ölü, 246 yaralı (VİDEO)

Türkiyə tarixinin ən qanlı terroru: 95 ölü, 246 yaralı (VİDEO)
Video
Hadisə 1678

 

Ankarada törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı 95-ə yüksəlib.

BAKU.WS-in məlumatına görə, Türkiyə cumhuriyyət tarixinin ən qanlı terror hücumunda yaralananların sayı isə 246 nəfər olub. Dünən gecə açıqlanan son məlumata görə, terror hücumu nəticəsində 48-i komada olmaqla, 246 vətəndaşın müalicəsi davam edir.

Ankarada 29 xəstəxana gücləndirilimiş iş rejimində çalışaraq yaralılara xidmət göstərir. Yaralılar üçün 5 təcili yardım helikopteri və 1 təcili yardım təyyarəsi ayrılıb. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. 

Xatırladaq ki, Ankarada dəmir yolu stansiyası yaxınlığındakı yol qovşağının altında terror aktı həyata keçirilib. Çox sayda insan ölüb, yaralananlar var. Türkiyənin dövlət və hökumət rəhbərləri, siyasi partiya başçıları da daxil olmaqla ölkə ictimaiyyəti terror aktına kəskin etiraz ediblər. 

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Ankarada partlayış: ölənlər var (VİDEO)

Ankarada partlayış: ölənlər var (VİDEO)

Bu gün səhər saatlarında Türkiyədə güclü partlayış olub. BAKU.WS-in məlumatına görə, partlayış paytaxt Ankaranın Dəmir yolu stansiyasına gedən körpünün altında...

1626 Hadisə 13:19 10 oktyabr 2015

Son xəbərlər