Türkiyə yenə 5 şəhid verdi (VİDEO)

Türkiyə yenə 5 şəhid verdi (VİDEO)
Video
Hadisə 1196

Türkiyənin Mardin şəhərində PKK terror təşkilatı zirehli polis maşınını partladıb.

BAKU.WS-in məlumatına görə, polis maşınına tələ quran terrorçular uzaqdan idarə olunan bombanı işə salıblar. Nəticədə partlayış zamanı 3 polis şəhid olub, 1-i isə ağır yaralanıb.

Bombanın partlaması ətrafdakı evlərdə də böyük ziyanlar meydana gətirib. Terror hücumundan sonra PKK-lıları zərərsizləşdirmək üçün böyük əməliyyat keçirilib. Şəhərə giriş-çıxış bağlanıb və əməliyyatlar davam etdirilir. 

Hakkari-Van karayolunda da PKK polis maşınına terror hücumu həyata keçirib. Nəticədə 2 polis şəhid olub, 2 polis yaralanıb. Nəqliyyat vasitəsində olan məhkum isə ölüb.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Türkiyədə terror hücumu: 3 polis şəhid oldu

Türkiyədə terror hücumu: 3 polis şəhid oldu

Türkiyədə PKK terrorçularının hücumları davam edir. Sentyabrın 13-ü səhər saatlarında Şırnakda PKK-çılar polis nəzarət məntəqəsinə gətirdikləri bomba yüklü avt...

1311 Hadisə 13:46 13 sentyabr 2015

Son xəbərlər