PKK-nın yeni PLANI: Martın 20-də...

PKK-nın yeni PLANI: Martın 20-də...
Hadisə 1091

Türkiyədə yenidən terror aktı gözlənilir.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə xüsusi xidmət orqanlarındakı mənbə açıqlama verib. Mənbənin sözlərinə görə, PKK bayram ərəfəsində – martın 20-də Türkiyəni qan gölünə çevirməklə hədələyib. Bu məqsədlə terrorçuların istifadəsində 20-dən çox maşın olduğu bildirilir.

Türkiyənin xüsusi xidmət orqanları hazırda həmin avtomobilləri axtarır.

Mənbə qeyd edib ki, PKK-nın hədəfindədövlət binaları, hakim partiyanın ofisləri, səfirliklər, ticarət mərkəzləri, turizm obyektləri və kütləvi nəqliyyat vasitələridir.

Xatırladaq ki, son bir ayda Ankarada törədilən terror aktında 70-dən çox adam həlak olub, 200-ə yaxın şəxs yaralanıb.

BAKU.WS

Oxşar xəbərlər

Ankaradakı terrorun arxasındakı güclər: PKK, Rusiya və ...

Ankaradakı terrorun arxasındakı güclər: PKK, Rusiya və ...

Dünən Türkiyənin paytaxtı Ankara şəhərində daha bir dəhşətli terror aktı törədildi. Terror aktı nəticəsində 37 nəfərin öldüyü, 125 nəfərin isə yaralandığı bildi...

1431 Siyasət 16:38 14 mart 2016

Son xəbərlər