"Qalatasaray"ın futbolçusu Ankara terrorunda atasını itirdi
14
mar
2016
14:56
Ötən gün Ankarada baş verən partlayış zamanı "Qalatasaray”ın hücumçusu Umut Bulutun atası da həlak olanlar arasında olub.
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, Bulutun atasının həmin gün Ankaraya "Gənclərbirliyi” - "Qalatasaray” oyununu izləmək üçün gəldiyi bildirilir. Oyunu izlədikdən sonra evinə dönən futbolçunun atası partlayış zamanı həyatını itirib.
Türkiyəni qana bulayan terror hadisəsi martın 13-də baş verib. Ankaranın Kızılay meydanında dayanacaqda törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb.
BAKU.WS
Oxşar xəbərlər
Ərdoğanın Bakı səfəri təxirə salınmayacaq (RƏSMİ)
"Paytaxt Ankara şəhərində terror törədilməsinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana martın 15-nə nəzərdə tutulan səfəri gündəlikdə...