Ankara terrorunda azərbaycanlılar olub?
14
mar
2016
10:17
"Ankarada törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır".
Bu barədə məlumatı BAKU.WS-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev verib. Onun sözlərinə görə, Türkiyənin müvafiq qurumları vıə Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən araşdırma aparılır.
Türkiyəni qana bulayan terror hadisəsi martın 13-də baş verib. Ankaranın Kızılay meydanında dayanacaqda törədilən partlayış nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.
BAKU.WS
Oxşar xəbərlər
Putindən Ankaradakı qanlı terror hadisəsi ilə bağlı ilk açıqlama
Ankaranın Kızılay meydanında baş verən qanlı terror hadisəsi ilə bağlı Rusiya prezidenti açıqlama verib. BAKU.WS-in məlumatına görə, Rusiya prezidenti Vladimi...