Ərdoğanın cangüdəni öldürüldü - FOTO
02
apr
2016
01:18
Martın 31-də Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktı nəticəsində şəhid olan 7 polisdən biri prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəçisi olub.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 48 yaşlı Necdət Alıcı Ərdoğanın baş nazir olduğu dövrdə onun mühafizəçisi vəzifəsini yerinə yetirib.
Qeyd edək ki, bomba yüklü avtomobillə həyata keçirilən hücum nəticəsində 7 polis həyatını itirib, 13 polis və 14 mülki vətəndaş olmaqla 27 nəfər yaralanıb. PKK-nın silahlı qanadı HPG terror aktına görə məsuliyyəti üzərinə götürüb.
BAKU.WS
Oxşar xəbərlər
İŞİD-dən qorxub konsertini təxirə saldı – FOTO
Məşhur müğənni Meray Keri martın 27-də Belçikada planlaşdırdığı konsertini ləğv edib. BAKU.WS xəbər verir ki, müğənni Belçikadakı terror aktlarından ehtiyatla...