Ərdoğanın Bakı səfəri öncəsi ikinci terror - Təsadüf, yoxsa...? (VİDEO)
Ankaranın mərkəzi Kızılay meydanında terror hadisəsi baş verib.
BAKU.WS-in məlumatına görə, axşam saatlarında avtobus dayanacağı yaxınlığında çox sürətli hərəkət edən bomba yüklü bir avtomobil terror hadisəsi törədib. Səhiyyə naziri Mehmet Müezzinoğlu terror aktı ilə bağlı açıqlama verib.
O bildirib ki, qanlı hücumda 30 nəfərin hadisə yerində, 4 nəfər isə xəstəxanada dünyasını dəyişib. Müezzinoğlu ölən şəxslər arasında iki terrorçünun da olduğunu bildirib. Yaralılar haqqında da məlumat verən Müezzinoğlu 19-u ağır olmaqla 175 nəfərin müalicə aldığını bildirib.
Hadisə şahidlərinin dediyinə görə bomba yüklü vasitə Çankaya istiqamətində avtobus dayanacağı yaxınlığında sərnişin avtobusuna arxadan çarparaq partlayış törədib. Partlayışı törədən vasitənin uzun müddətdir axtarıldığı, lakin tapılmadığı məlum olub.
Prezident Ərdoğan Ankarada baş verən terror hadisəsi ilə bağlı ilk açıqlamanı verib. Prezident Şərqdə və Cənub-Şərqdə davam edən əməliyyatlarda PKK-nın aldığı zərbələri işarə edərək bu sözləri söyləyib: "Terror təşkilatları və onları maşa olaraq istifadə edənlər gücləri çatmadığı üçün ən əxlaqsız, ən vicdansız yollara əl atırlar. Terrorçular günahsız vətəndaşlarımızı hədəf alırlar", - deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri öncəsi bu cür terror hadisələrinin baş verməsi Rusiyanı hədəf halına gətirib. İstər yerli mətbuatda, istərsə də xarici mətbuatda Ərdoğanın Bakı səfəri öncəsi planlaşdırılmış terror hadisələri törədildiyi yazılır. Politoloqlar Rusiyanın bu yolla Rəsmi Ankaranı Bakı ilə təmaslardan uzaq tutmağa çalışdığını iddia edir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə terror zamanı 6 əsgər şəhid oldu (VİDEO)
Bu gün Türkiyədə baş verən terror aktında 6 türk hərbçi həlak olub. BAKU.WS-in məlumatına görə, Diyarbakırda hərbi maşın hərəkət etdiyi zaman partladılıb. Hərb...