İŞİD-dən qorxub konsertini təxirə saldı – FOTO
Məşhur müğənni Meray Keri martın 27-də Belçikada planlaşdırdığı konsertini ləğv edib.
BAKU.WS xəbər verir ki, müğənni Belçikadakı terror aktlarından ehtiyatlanaraq belə bir qərar qəbul edib.
"Mən Brüsseldəki pərəstişkarlarımı sevirəm. Mənə pərəstişkarlarımın, qrupumun və personalımın təhlükəsizliyini təmin etmək üçün şounu ləğv etmək məsləhət görüldü”, - müğənni sosial şəbəkədə yazıb.
Qeyd edək ki, martın 22-də Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
BAKU.WS
Oxşar xəbərlər
İŞİD stadionu qan gölünə çevirdi
İraqda futbol maçı zamanı baş verən terro aktında 29 nəfər ölüb, 60-dan çox adam yaralanıb. BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə İskəndər...