Hadisədən Azərbaycanda 365 minlik konserti ləğv etməsi xəbərinə münasibət

Hadisədən Azərbaycanda 365 minlik konserti ləğv etməsi xəbərinə münasibət
Şou-biznes 1723

 

Türkiyənin məşhur müğənnisi Hadisə Azərbaycandakı konsertini ləğv etməsi xəbərinə münasibət bildirib.

BAKU.WS-in anspress-ə istinadən verdiyi məlumata görə, bacısı Dərya Açıkgöz ilə ad günü mərasiminə qatılan müğənni çıxışda jurnalistlərin suallarına cavab verib.

700 min lirə (365 min AZN) alacağı iddia olunan Azərbaycandakı konsertini ləğv etməsi xəbərinə "Belə bir xəbərdən heç bir məlumatım yoxdur”, - deyə cavab verərək təkzib edib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Hadisə Yeni il bayramı münasibəti ilə Qubadakı beş ulduzlu otellərdən birində səhnəyə çıxmalı idi. O buna 250 min dollar (700 min lirə) qarşılığında razılaşıb. Lakin Azərbaycanın üzən məzənnəyə keçməsindən sonra ifaçının konserti təxirə salındığı bildirilirdi.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər