İzzət Bağırov: "Heç biri telefon zənginə cavab vermədi"
Uzun fasilədən sonra İzzət Bağırov yenidən konsert verəcək.
BAKU.WS məlumat verir ki, tanınmış müğənni İzzət Bağırov bu gün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Konfransda müğənni sentyabrın 18-i keçirəcəyi konserti ilə bağlı danışıb:
"Konserti sponsor dəstəyi olmadan keçiririk. Bütün xərclərin hamısını şəxsi maliyyəm hesabına ödəyəcəm. Düzü sponsor olmaq istəyən bir neçə dostlarımız vardı. Dəstək olacaqlarını bildirmişdilər. Ancaq konsertin afişaları çıxandan sonra həmin şəxslərin heç bir telefon zənglərinə cavab vermədi. Geriyə addım ata bilməzdim. Artıq elanlar verilmişdi. Ona görə yola tək çıxmalı oldum. Ümid edirəm uğurlu alınacaq”.
Müğənni konsertində bir neçə tanınmış simanın da iştirak edəcəyini deyib. Lakin kimliklərini açıqlamayıb.
Konsert 18 sentyabr saat 19:00-da Yaşıl teatrda keçiriləcək. Bileti şəhərin kassalarından əldə edə bilərsiniz.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Beren Saat millətçiləri qəzəbləndirdi
Türkiyənin tanınmış aktrisalarından Beren Saat millətçiləri qəzəbləndirib. BAKU.WS məlumat verir ki, Türkiyənin bir çox yerində təşkil edilən terrora etiraz ak...