"Anonymous" İŞİD-in bu gün terror aktı həyata keçirəcəyi yerləri açıqladı

Anonymous İŞİD-in bu gün terror aktı həyata keçirəcəyi yerləri açıqladı
Hadisə 1413

 

Beynəlxalq xaker qrupu "Anonymous" terror təşkilatı İŞİD-in bu gün ABŞ, İndoneziya, İtaliya, Livan və Parisdə yeni terror aktları təşkil edəcəyini iddia edib.

BAKU.WS-in məlumatına görə, "Anonymous" İŞİD-in ABŞ-ın Georgia əyalətindəki Atlanta şəhərində, Filips Arenada bu gün keçiriləcək Dünya Güləş Çempionatında terror aktı törədəciyi məlumatını əldə edib. 

Xaker qrubu açıqlamasında bildirib ki, bütün dünya terror aktı həyata keçiriləcək tədbirlərdə iştirak etməsin: "İŞİD-in təxribatından bütün dünyanın xəbəri olduğunu bildirmək istəyirik ki, bəlkə bu terror aktını ləğv edərlər". 

"Anonymous"un iddiasına görə, bu gün İŞİD-in hücumuna məruz qalacaq hədəflər arasında Parisdə qadınların keçirəcəyi kütləvi nümayiş, bir oyun salonu, Roma və dünyanın başqa şəhərlərində də qeyd olunacaq Məsih Bayramı, ABŞ-ın metal qrupu "Five Finger Death Puch"ın İndoneziyada verəcəyi konsert, Livanda "Holy Spirit Ünivesiteti"ndə keçiriləcək Pastoral Günündə terror aktları həyata keçiriləcək. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər