Parisdə polislə İŞİD-çilər arasındakı atışmanın görüntüsü yayıldı (VİDEO)

Parisdə polislə İŞİD-çilər arasındakı atışmanın görüntüsü yayıldı (VİDEO)
Video
Hadisə 2188

 

Parisdə terrorçularla polisin atışmasının yeni videosu yayımlanıb. 

BAKU.WS-in məlumatına görə, hadisə "Bataklan" konsert zalının yanında baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə İŞİD terrorçuları ilə Fransa polisinin atışması əks olunub. 

Xatırladaq ki, ötən gün "Wolkswagen Polo" markalı avtomobillə "Bataklan" konsert salonuna gələn 3 terrorist salona dalaraq təsadüfi ətrafa atəş açıb. Konsertdəki tamaşaçıların bir hissəsini də girov alan terrorçuların Suriya və İraq əsilli olduğu güman edilir.

Paris prokuroru bildirib ki, polisin əməliyyatından sonra terror aktının qarşısı alınıb. Terror hücumu zamanı istifadə edilən "Polo" markalı maşının Belçikaya boşqab daşıdığı məlum olub. Hücumu təşkil edən 3 nəfər Belçikada saxlanılıb. 

Parisdə noyabrın 13-də törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 129-a yüksəlib. 99 nəfər yaralılının vəziyyəti ağırdır. Ümumilikdə terror hadisəsi nəticəsində xəsarət alanların sayı 352 olaraq müəyyən olunub.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Dünyanı lərzəyə gətirən terror hadisəsində şok detallar (FOTO)

Dünyanı lərzəyə gətirən terror hadisəsində şok detallar (FOTO)

Parisdə noyabrın 13-də törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 129-a yüksəlib. BAKU.WS-in məlumatına görə, 99 nəfər yaralılının vəziyyəti ağırdır...

1569 Hadisə 10:09 15 noyabr 2015

Son xəbərlər