Belçikada yaşayan azərbaycanlılara terror xəbərdarlığı
22
mar
2016
14:26
Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə səfirlikdən deyiblər.
Diplomatik missiyalar bu ölkədə yaşayan və müvəqqəti qalan əməkdaşlarına və həmvətənlərimizə küçəyə çıxmamağı və insanların kütləvi toplaşdığı yerlərə getməməyi tövsiyə edir.
Qeyd edək ki, bu gün Brüssel aeroportunda baş vermiş partlayışlar nəticəsində 17 nəfər ölüb, 25 nəfər yaralanıb. Hadisədən sonra bütün reyslər ləğv edilib.
BAKU.WS
Oxşar xəbərlər
Brüsseldə daha bir partlayış: bu dəfə metroda
Brüssel aeroportundakı partlayışlardan sonra bu dəfə şəhər metrosunda partlayış baş verib. BAKU.WS-in İHA-ya istinadən verdiyi məlumata görə, RBTF telekanalı...