Ərdoğanın iqamətgahı qarşısında silahlı insident (VİDEO)
Türkiyədə prezident iqamətgahının qarşısında silahlı insident baş verib.
BAKU.WS-in məlumatına görə, hadisə İstanbulda yerləşən Tarabya Köşkünün qonaqlar üçün nəzərdə tutulan girişində baş verib. Bir vətəndaş köşkün növbətçi polisi ilə mübahisə edib. Əsəbiləşən şəxs qəflətən polisin silahını götürüb və ona atəş açıb. Daha sonra silahı başına dirəyən vətəndaş intihara cəhd edib.
Ambulans köşkün qarşısından bir yaralını götürərək xəstəxanaya aparıb. Yaralı adamın silahla vurulduğu məlum olub. Hadisə ilə əlaqədar iki iddia var. Bir iddiaya əsasən, şübhəli bir şəxsin xəbərdarlıqlara məhəl qoymadığı üçün polis tərəfindən silahla vurulub. Digər bir iddiaya görə isə vətəndaş intihara cəhd edib.
İstanbulda olan prezident Rəcəb Tayyib Ərdoğan hazırda Üsküdardakı evindədir. Ərdoğanın axşam saatlarında Ankaraya gedəcəyi məlum olub.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bakıda polisə silahlı hücum
Bakının Nərimanov rayonunda polis əməkdaşına silahlı hücum olub. Bu zaman polis cinayətkara müqavimət göstərə bilməyib. BAKU.WS-in məlumatına görə, Nərimanov r...