AZAL İstanbula təyyarə göndərdi
"Azərbaycan Hava Yolları” QSC İstanbulda qalan azərbaycanlı sərnişinləri Vətənə gətirmək üçün ikinci təyyarəni göndərməyə hazırlaşır.
Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
O bildirib ki, Türkiyədə baş verən hadisə ilə əlaqədar ləğv olunan aviareyslərə görə İstanbulda qalan sərnişləri Bakıya gətirmək üçün növbəti təyyarə göndərilir.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyənin baş naziri acı gerçəyi açıqladı
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı 161 nəfər həlak olub. BAKU.WS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım keçirdiyi mətbuat konfran...