Türkiyədə Gülənin təşkilatına maliyyə dəstəyi verən 60 iş adamı saxlanılıb

Türkiyədə Gülənin təşkilatına maliyyə dəstəyi verən 60 iş adamı saxlanılıb
Hadisə 1485

Türkiyədə Fəthullah Gülənin təşkilatına maliyyə dəstəyi verən 60 iş adamı saxlanılıb. Bu barədə Trend Haber 7 telekanalına istinadən xəbər verir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini-icitmai xadim Fəthullah Gülənin ekstradisiyasını tələb edib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, hərbi çevrilişə cəhdin arxasında Fətullah Gülən hərəkatı dayanır.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

BAKU.WS

Oxşar xəbərlər

Fətullah Gülən Ərdoğanın ittihamlarına cavab verdi

Fətullah Gülən Ərdoğanın ittihamlarına cavab verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı olub. ANS PRESS-in məlumatına görə, telefon danışığı zamanı...

5246 Siyasət 09:02 17 iyul 2016

Son xəbərlər