Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib
Hadisə 114

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.

Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər