Xırdalan şəhərində avtoxuliqanlıq edən sürücü həbs olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu Xırdalan şəhərində "Zaporojets" markalı, 50-BD-636 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü M.Quliyev yol polisi tərəfindən saxlanılıb.
BAKU.WS-in məlumatına görə, onun yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı müəyyən edilib. M.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 15 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Azərbaycanda 9 ayda 146 cinayətkar qrup zərərsizləşdirilib
Bu ilin 9 ayı ərzində ağır və xüsusilə ağır cinayətlər törətmiş 402 nəfərdən ibarət 146 cinayətkar qrup zərərsizləşdirilib. BAKU.WS xəbər verir ki, bu barədə Da...