VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Özünü həm də aktyor kimi sınayan Türkiyənin tanınmış müğənnisi Murat Boz yenidən Bakıya gəlir.

BAKU.WS xəbər verir ki o, rol aldığı "Dönerse senindir” adlı komediya filminin Bakıda keçiriləcək qala gecəsinə iştirak edəcək.

"Nizami” Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova bizimlə söhbətində bildirib ki, Murat Boz Bakıya gələn il yanvarın 5-də təşrif buyuracaq.
 
Qeyd edək ki, "Dönerse senindir” filmi dekabrın 23-də Türkiyədə tamaşaçılara təqdim olunacaq.

Filmdə MuratBozun tərəf-müqabilləri Yasemin Allen və İrem Sakdır. Ekran işinin rejissoru Erol Özlevi, ssenari müəllifləri isə Gizem Elçi və Oğulcan Türedir.
 
Aytən.H
BAKU.WS