Özcan Denizlə Nurgül Yeşilçay sabah Bakıya gəlir (VİDEO)
Milli və xarici filmlərin qala-gecələrinin bir nömrəli olan "Nizami” Kino Mərkəzi növbəti film təqdimatı ilə yenidən gündəmdədir.
BAKU.WS xəbər verir ki, noyabrın 26 –da Türkiyənin məşhur sənətçisi Özcan Deniz çəkdiyi "İkinci şans” filminin baş qəhrəmanları Nurgül Yeşilçay, Mesut Can Tomay ilə birgə "Nizami” Kino Mərkəzində keçiriləcək qala – gecədə iştirak edəcəklər.
Özcan Denizin romantik dram janrında çəkdiyi film iki zidd xarakterli insanlar - riyaziyyat müəllimi Yasəmənin və restoran sahibi olan Cemalın eşq hekayəsindən bəhs edir.
Film Avşar film və DNZ filmin istehsalıdır. Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.
Hörmətli kinosevərlər, qala –gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz(https://www.facebook.com/NizamiCinema?rf=hl)
Aytən.H
BAKU.WS
Oxşar xəbərlər
Bakıya gələn Serenayın erotik videosu yayıldı (VİDEO +18)
Son illərdə komediya filmlərinin böyük müvəffəqiyyət göstərdiyi Türk kinosunda dram janrında olan filmlər xəyal qırıqlığı yaradırdı. Bu uğursuz gedişata "İkim...