VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son günlərin ən çox müzakirə olunan mövzularından biri də Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşvilinin bu ilin dekabrında Bakıda verəcəyi konsertidir.

BAKU.WS xatırladır ki, haqqında danışılan ifaçı 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmiş və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və Turizm nazirinin sərəncamı ilə S.Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulmuşdu.


Növbəti gün isə Azərbaycanın qara siyahısından çıxarılması ilə bağlı xəbərə müğənni-bəstəkar Emin Ağalarov münasibət bilirdi. İfaçı açıqlamasında Soso Pavliaşvilinin Azərbaycanda konsertini təşkil edəcəyini dedi:

"Bu insanların Azərbaycana gəlməsinə icazə verilən rəsmi kağızlar var. Bu məsələyə münasibətim belədir – hər iki sənətçi Azərbaycanla bağlı fikirlərini bölüşüb. Əgər onlar Bakıya gəlməyə hazırlaşırlarsa, deməli, səhvlərini başa düşüb, tutduqları mövqeyə görə, tam cavabdehlik daşıdıqlarını bilirlər. 
Həmvətənlərimi qonaqpərvər və tolerant olmağa səsləyirəm. Səbrli olub, onların Azərbaycana gəlişini və hiss etdiklərini Bakıda özlərinin demələrini gözləsinlər. Qışın ilk aylarında mənim və komandam tərəfindən Bakıda Soso Pavliaşvilinin konserti təşkil olunacaq. Ümid edirəm ki, özüm də bu xeyriyyə tədbirində iştirak edə biləcəyəm. Bu təklif Sosonun özündən gəlib. Konsertdə satılacaq biletlərin pulu xəstə uşaqların müalicəsinə sərf olunacaq. 
Onun gəlişini istəməyən və KİV vasitəsiylə hər kəsi konsertə getməməyə səsləyən, damarında azərbaycanlı qanı axan hər kəsə müraciət etmək istəyirəm. Mənim damarlarımdan müsəlman, Azərbaycan qanı axır və mən bu konsertin təşkilatçısıyam. Hər kəsi bu istedadlı insanın konsertinə gəlib, zövq almağa çağırıram. Hətta deyim ki, Soso 2017-ci ildə baş tutacaq "Jara” festivalının qonağı olacaq.
Soso Azərbaycanı çox sevir, hər zaman hər yerdə ölkəmiz haqda müsbət fikirlər deyir. Əminəm ki, onun Bakı səfəri zamanı həmvətənlərim bunun şahidi olacaqlar. Hər kəsi sakit olmağa səsləyirəm, musiqi və dostluq bizi xoşbəxt edəcək”.

Qeyd edək ki, Soso Pavliaşvilinin Bakıda konsertinin təşkil olunması Azərbaycanda ictimaiyyət – sənət və sadə adamlar arasında heç də yaxşı qarşılanmayıb. Hər kəs onun Bakıda konsert verməsinə qarşı çıxır.


Məsələnin maraqlı tərəfi odur ki, bütün bu baş verənlərə cavab olaraq Soso Pavliaşvili rəsmi "İnstagram” bloqunda sanki Azərbaycana acıq verirmiş kimi video paylaşıb.

O, videoya "Yenidən sevimli Ermənistan!!!” – qeydini yazıb. Videoda əlində pivə tutaraq, "Hər kəsin sabahı xeyir. Sevimli Ermənistanımıza uçuruq. Hər kəsə xoşbəxtlik, səadət arzulayıram. Çox içməyin, idmanla məşğul olun.  Ermənistan, qarşıla bizi, səni sevirəm!” – deyə bildirib.

Qeyd edək ki, Soso Pavliaşvili qondarma "erməni soyqırımı” ilə bağlı da dəfələrlə çıxış edərək "soyqırımın” bir daha təkrar olunmaması üçün bu haqda susmamaq, hamı tərəfindən tanınana qədər danışmaq (qışqırmaq) lazım olduğunu vurğulamışdı.
 
S. Pavliaşvili "İnstagram” yerləşdirdiyi həmin videonu oxuculara təqdim edirik:
 
 
Aysel.Ş
BAKU.WS