Brilliant Dadaşovadan öz doğum günündə dinləyicilərinə hədiyyə (AUDİO/FOTO)

Brilliant Dadaşovadan öz doğum günündə dinləyicilərinə hədiyyə (AUDİO/FOTO)
Şou-biznes 2660

Bu gün xalq artisti Brilliant Dadaşovanın doğum günüdür. 

BAKU.WS xəbər verir ki, adəti üzrə doğum gününü təntənəli şəkildə qeyd etməyən müğənni bu gün dinləyicilərini sevindirməyi düşünüb. 

Belə ki, xalq artisti dinləyicilərinə yeni mahnısını təqdim edib . "Lyubov moya”  adlı mahnının sözləri İrina İvanovaya, musiqisi isə Vagif Gərayzadəyə aiddir.

Mahnı İlyas Əfəndiyevin hazırda Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında səhnəyə qoyulan "Büllur sarayda” tamaşası üçün yazılıb.

BAKU.WS  Brillant Dadaşova haqqında qısa arayışı təqdim edir:

O, 1985-ci ildə ailə dostları Akif İslamzadənin təkidi ilə ilk dəfə səhnəyə qədəm qoyub. İlk  çıxışı ilə elə həmin ildə Moskva şəhərində keçirilən "Ümumdünya Gənclərin Musiqi Festivalı”nda mükafat alıb.

1991-ci ildə Brillant Dadaşova Yaşıl Teatrda ilk solo konsert proqramı ilə çıxış edib.1993-cü ildə Brillant Dadaşova dövlət televiziyasında "Bu axşam” proqramının aparıcılığını etməklə Azərbaycanda ilk aparıcı müğənni olub. Həmin il müğənninin "Azərbaycanın səsi” adlı ilk albomu işıq üzü görüb.1994-cü ildən müğənni indiki Heydər Əliyev Sarayında ilk böyük solo  konsert proqramı ilə  çıxış edib. Anşlaqla qarşılanan konsertdən  sonra B.Dadaşova 2000-ci ilə kimi hər il bir neçə proqramla bu və digər konsert salonlarinda solo konsertlə çıxış edib.

1997- ci ildə müğənni əməkdar artist fəxri adına layiq görülüb. 2008- ci ildə isə müğənni "Lider” televiziyasında "Mən sənətkaram”, 2012- ci ildə Türkiyənin TMB kanalında "Pirlantalı Gecələr” proqramının aparıcısı olub. 2008 - ci ildə Brillant Dadaşova Azərbaycanın xalq artisti adına  layiq görülüb. 2013-cü ilin may ayında müğənni 13 il fasilədən sonra Azərbaycanda yenidən solo konsert proqramı ilə çıxış edib. 2014-cü ildə ABŞ-da ilk dəfə olaraq "Dünya Musiqi sənətinə verdiyi  töhfələrə görə” Big Apple Music Awards mükafatına layiq görülüb.

Ailəlidir, bir oğlu var.

Aysel.Ş

BAKU.WS

Son xəbərlər