Bu müğənnilər Azərbaycanın qara siyahısından çıxarıldı

Bu müğənnilər Azərbaycanın qara siyahısından çıxarıldı
Şou-biznes 1705

Rusiyalı müğənnilər Timur Temirov və Soso Pavliaşvili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycana giriş qadağasının ləğv olunmasını xahiş ediblər.

BAKU.WS xəbər verir ki, bu haqda məlumat XİN-in rəsmi saytında yer alıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl KİV-də Soso Pavliaşvilinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və Timur Temirovun isə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təşviqi ilə məşğul olması barədə məlumatlar verilmişdi.

Məktubda onlar həmçinin Azərbaycan xalqına, onun mədəniyyəti və musiqisinə böyük hörmət və ehtiram bəslədiklərini və ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayıblar.

Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər.

Timur Temirov və Soso Pavliaşvilinin müraciətləri müvafiq qaydada nəzərdən keçirilib və Azərbaycan ərazisinə daxil olmaq üçün icazə verilib.

Aytən.H

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər